Menu

Vitkoffun təyyarəsi Rusiya hava məkanına daxil olub

25.04.2025, 11:41
Vitkoffun təyyarəsi Rusiya hava məkanına daxil olub

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun olduğu güman edilən təyyarə Rusiya hava məkanına daxil olub.

“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Floridadan havaya qalxıb, Atlantik okeanını keçərək Norveç, İsveç və Latviya üzərində uçub. Moskva vaxtı ilə saat 10:00-da Tver vilayətinin üzərində olub və tezliklə Moskvaya enməsi gözlənilir.

Təyyarənin təfərrüatları barədə “Flightradar24”-də qeyd edilməsə də, marşrut və Vitkoffun elan etdiyi səfər onun onun təyyarəsi olduğunu deməyə əsas verir.

Qeyd edək ki, bu, Vitkoffun 2025-ci ilin fevralından bəri Rusiyaya dördüncü səfəridir. Trampın xüsusi nümayəndəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaqla bağlı aparılan danışıqların fəal iştirakçısıdır.

Xatırladaq ki, bundan əvvəl Amerika mediası Tramp administrasiyasının atəşkəslə bağlı yekun təklif hazırladığını yazmışdı. 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol