"Prezident Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında üç saatlıq söhbət konstruktiv və çox faydalı olub".
"AzPolitika" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
"Söhbət Rusiya və ABŞ-yə təkcə Ukrayna ilə bağlı deyil, bir sıra digər beynəlxalq məsələlərdə də mövqelərini daha da yaxınlaşdırmağa imkan verib", - o əlavə edib.
O, vurğulayıb ki, Rusiya və ABŞ Prezidentləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, müxtəlif səviyyələrdə məhsuldar Rusiya-Amerika dialoqu bundan sonra da ən fəal rejimdə aparılacaqdır.
"AzPolitika.info"

Şərhlər