Menu

MƏRHUMUN BANK KREDİTİ AİLƏNİN BOYNUNA QALIR? – Hüquqşünasdan AÇIQLAMA

23.09.2026, 20:47
MƏRHUMUN BANK KREDİTİ AİLƏNİN BOYNUNA QALIR? – Hüquqşünasdan AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borclarına görə hansı həddə məsuliyyət daşıdığı mühüm hüquqi məsələlərdəndir.

Bəs qanun vərəsələrin bu cür borclardan qorunması üçün hansı qaydaları müəyyən edir? Miras qoyanın borclarına görə vərəsələr hansı hallarda məsuliyyət daşıyırlar və bu məsuliyyətin həddi nə qədərdir? Vərəsə mərhumun borclarını ödəməkdən imtina edə və ya mirası qəbul etməməklə bu öhdəlikdən yayına bilərmi?


Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hüquqşünas Emil Nuriyev deyib ki, vərəsələr miras qoyanın borclarına görə qəbul etdikləri miras həcmində məsuliyyət daşıyırlar: “Məsələn, miras qoyanın kreditora (yəni borclu olduğu şəxsə) 20000 (iyirmi min) manat borcu var. Miras isə 10000 (on min) manat dəyərindədir. Bu zaman vərəsənin qəbul etdiyi mirasın dəyəri həcmində öhdəliyi yaranır. Qeyd edilən hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-1315-ci maddələrində göstərilən normalar əsasında tənzimlənir”.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar: “Bundan başqa mövcud münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 19 aprel 2023-cü il tarixli Qərarında ətraflı şərh edilmişdir”.

Hüquqşünas qeyd edib ki, vərəsə şəxsi əmlakı ilə miras qoyanın borcuna görə məsuliyyət daşımır: “Əgər miras qoyanın əmlakı ipoteka ilə yüklü olmuşdursa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Ələsgər 2026-09-26 05:07:26

G/etibarnaməylə 2038 ci ilədək1984 -cü il buraxılışı olan vaz2107 minik maşının 2 ci əldən 2008 ci ildə pulun verib almışam.Hər ildə sığorta və texniki baxışdan keçməklə əlavə (xəta etdiyim cərmələrdə daxil olmaqla) ödəmişəm.amma TTM bank ares *qoyub nə etməli?Bəlkə dələduzluq edənlə şərait yaradan etibarnamələr ləğv edilsin!

Əsgərov Aydın 2026-09-25 23:10:29

Mən bu qanunla razı deyiləm çünki bu qanun deyil qanunsuzluqdu,, bəli,, bəs həyatı sığorta harda qaldı Həyatı sığortan qanunları harda qaldı,, ama hər ay maışdan sığorta vergi tuta bilsiz, ölənin borcunu tutduğunuz həyatı sığortanın da dalına keçirsiz ? Bu nə qanundur bu ümumiyyətlə qanun deyil.!

Hikmət 2026-09-25 10:56:18

Belə çıxır ki. Banklar həyat sığortası üzrə pulları ortada yeyirlər. Müqavilədə isə qeyd edirlər ki əgər həyat sığortan varsa sənə nəsə olarsa sığorta həmin məbləğin qalanın ödəyir. İndi kimə inanaq??????

Lütviyyə 2026-09-25 08:00:35

İpoteka ücün həyat sığortası ödənilir .ona görə də ailə üzvləri yox sığorta şirkəti qarşılanmalıdır məhrumun İpoteka kreditini.

mehparə 2026-09-24 18:17:41

mənim yoldaşım rəhmətə getdi onun borcun mən ödədim dedim oğluna niyə demirsiz dedilər nigahınız olduqda siz ödəməlisiz

Behram Sabah 2026-09-24 17:31:28

Pensiya məbləğ Kapitalmı, ya əməkçinin qocalıqdan əmək taqətini itirməsinə ggörə təzminatı-təqaüdü üçün hesabi rəqəmdir ki,birgə iqtisadi fəaliyyəti olduğu cəmiyyət-ölkə növbəti cari ilin büdcəsindən təqaüd nəzərdə tutur! Onu da özəl kapital kimi qəbul etmək, məncə, yaşa görə pensiya məğzini tam itirmiş olur ki, vətəndaş-əməkçi şəxs özü ayrıca yığsın? Elə həmin məfhum və məğzlə mən əməkçi təqaüdünü-pensiyaslnı maaşa yox, sadəcə stajına ekvivaleht (bərabər) təyin edilməsini ədalətli hesab edirəm.

Sevinc 2026-09-24 17:27:53

Kredit götürən ölüb atası sağdır ancaq vərsəlikdə qəbul edilməyib o zaman ataya niyə yüklüyorlar borcu özdə Gəncə Apellyasiya məhkəməsinin hakim bankın xeyrinə çıxararaq atanın pensiya kartına yönəldib bu nə dərəcədə düzdü? Rayon məhkəməsi atanın xeyrinə verib, ancaq Gəncə Apellyasiya bankın xeyrinə. Biz bununla bağlı nə edək hara müraciət edək?

Zulfiyye 2026-09-24 16:16:06

Bes miras yoxdursa yenemi aile odemelidir?

Aslan Eminov 2026-09-24 14:59:05

Krediti qöturəndə nə üçün onda sığorta.edirlər
Elə çıxır ki sığorta şirkəti pulu yeyir amma məsuliyyət aparmır
Bəs bu necə olur?

Mübariz Məmmədov 2026-09-24 13:24:20

Əla izah.

Fexri aliyev 2026-09-24 11:02:48

Salam eyer krediti olan she sincerely adina hec ne yoxdursa onda merhumun borcu nece olur

Əliyev Ə 2026-09-24 10:46:22

Həyat sığortası ipotekada nə üçündür?

Fərqanə 2026-09-24 09:12:33

Övladımında krediti var Mən öldükdən sonra pensiya kapitalmdakı vəsaitlə kreditim bağlasın Dövlətim Övladlarımıza zülm etməyin Qanunu dəyişin

Ziko 2026-09-24 07:13:53

Bu yəqin bankla şərikdi

milli balta 2026-09-23 14:41:24

Bəs həyat sığortası?

Ferz 2026-09-23 12:32:39

MƏRHUMUN BANK KREDİTİ AİLƏNİN BOYNUNA QALIıR? amma Mərhumun Pensiya kapitalı vərəsənin boynunda qalmır.

Faiq 2026-09-23 10:59:42

Bes olen adamin pensiya kapitalini niye vermirsiniz ovladina. Valideynim muwllime isleyib pensiyaya cixmamis illerle bogazimizdan kesib tutdugunuz pensiya kapitalini vermirsiniz ama banka olan 800 manat kredit borcunu isteyirsiniz. Xeyr olar???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol