266-cı Roma Papası Fransiskin nəşi olan tabut Santa Maria Maggiore bazilikasında qəbirə qoyulub.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, dəfn mərasimi bir neçə kardinalın da daxil olduğu az insanın iştirakı ilə keçirilib.
Pontifikin məzarının necə görünəcəyinə dair fotoşəkillər bir gün əvvəl yayılıb. Mərmər lövhənin üzərində latın dilində "Fransisk" yazılıb.
Qeyd edək ki, Fransisk bu kilsədə dəfn edilmiş səkkizinci pontifik oldu. Lakin sonuncu dəfn XVII əsrin ikinci yarısına təsadüf edir. Kilsə Romada, yeddi təpədən birində - Eskvilin təpəsində yerləşsə də, rəsmi olaraq Vatikanın hakimiyyəti altında hesab edilir.
***
Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.
APA xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.
Dəfn mərasimində təxminən 140 min insanın iştirak etdiyi bildirilir.
Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.



Şərhlər