Menu

ABŞ yeni pandemiyanın astanasında – Bu il 14 şatatda aşkarlanıb

29.04.2025, 12:01
ABŞ yeni pandemiyanın astanasında – Bu il 14 şatatda aşkarlanıb

Qlobal Virus Şəbəkəsi (GVN) ABŞ-nin ölümcül H5N1 virusunun nəzarətsiz yayılması səbəbindən yeni pandemiyanın astanasında olduğu barədə xəbərdarlıq edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, epidemiyaya indiyədək 70-dən çox insan yoluxub və onlardan biri vəfat edib.

Mütəxəssislər insandan insana yoluxmanın hələ müşahidə edilmədiyini, lakin virusun mutasiya və rekombinasiya riskləri səbəbindən bu ehtimalın artdığını bildiriblər. GVN bütün dünya hökumətlərini müşahidə səylərini artırmağa və biotəhlükəsizlik tədbirlərini həyata keçirməyə çağırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayından bəri ABŞ-də 12875-dən çox vəhşi və ev heyvanı sürüləri H5N1 virusuna yoluxub. Bu il ABŞ-də 14 ştatda quş qripinə yoluxma faktı qeydə alınıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol