“Mən yeni Roma Papası olmaq istərdim. Bu mənim bir nömrəli seçimim olardı”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp yeni Papanın kim olacağı ilə bağlı suala cavabında deyib.
“Bizim Nyu-Yorkda çox yaxşı kardinalımız var. Nə olacağını görəcəyik”, - deyə Tramp əlavə edib.
Tramp birbaşa ad çəkməsə də, həmin kardinalın Raymond Leo Burke olduğu düşünülür. O, Trampa yaxınlığı ilə daha əvvəl ictimaiyyətin diqqətini çəkmişdi. Belə ki, kardinal Burke 2016-cı ildə Trampı dəstəkləyərək xristian dəyərlərini müdafiə edəcəyini və abortla mübarizə aparacağını bildirmişdi.
Qeyd edək ki, yeni Papanın seçiləcəyi kardinalların toplantısı mayın 7-də baş tutacaq. Qələbə qazanmaq üçün Roma Katolik Kilsəsinin rəhbəri postuna namizədlər 138 kardinalın üçdə ikisinin səsini toplamalıdır. Müqəddəs taxt-tacın qaydalarına görə, yeni pontifik seçkiləri əvvəlki papanın gedişindən sonra 15 gündən tez və 20 gündən gec olmayaraq başlamalıdır.
"AzPolitika.info"


Şərhlər