Neftin qiymətinin düşməsi ilə əlaqədar olaraq, Rusiyanın büdcə kəsiri kəskin artıb.
“AzPolitika” xəbər verir ki, Rusiya Maliyyə Nazirliyi bu il proqnozlaşdırılan büdcə kəsirini üç dəfədən çox artıraraq ÜDM-in 0,5%-dən ÜDM-in 1,7%-nə çatdırıb.
Gözlənilən büdcə gəlirləri iki trilyon rubl azalıb ki, bu da neft və qaz gəlirlərinin gözlənilən azalması ilə bağlıdır. Büdcədə neftin qiyməti ilə bağlı proqnoz 69,7 dollardan 56 dollar/barelə endirilib.
İnflyasiya təxminləri də əhəmiyyətli dərəcədə artıb - 4,5%-dən 7,6%-ə.
Rusiya mətbuatının yazdığına görə, büdcəyə bu cür düzəlişlər həm neftin qiymətinin azalması (qiymət Trampın başlatdığı qlobal ticarət müharibəsi səbəbindən düşür), həm də rublun möhkəmlənməsi ilə bağlıdır.
Eyni zamanda, Rusiyanın ÜDM-in artımı proqnozu dəyişməz olaraq 2,5% səviyyəsində qalıb.
“AzPolitika.info”


Şərhlər