Menu

Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir

01.05.2025, 16:09
Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin Federal Ehtiyat Sisteminin (FES) xərclərinin yoxlanılmasını zəruri hesab edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mask Vaşinqtonda FES-in qərargahının bahalı təmirini hökumətin potensial israfçılığına nümunə göstərib.

"Bunlar hamısı vergi ödəyicilərinin pulları olduğu üçün, düşünürəm ki, biz mütləq Federal Ehtiyat Sisteminin həqiqətən də interyer dizaynerinə 2,5 milyard dollar xərcləyib-xərcləmədiyini araşdırmalıyıq", - “Bloomberg” agentliyi onun sözlərinə istinad edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol