Menu

Tokayev Azərbaycanın tanınmış aktyorunun oğlunu təltif etdi - FOTOLAR

02.05.2025, 09:30
Tokayev Azərbaycanın tanınmış aktyorunun oğlunu təltif etdi - FOTOLAR

Qazaxıstan Xalqları Assambleyasının XXXIV sessiyasında dövlət başçısı Qasım-Jomart Tokayev Qazaxıstanın Aktau şəhərində yaşayan ictimai fəal Tağı Zirəddin oğlu Tağıyev Qazaxıstan Xalq Assambleyasının yaranmasının 30 illiyi ilə bağlı yubiley medalı ilə təltif edib.

Medalı prezidentin adından Manqistau vilayətinin icra başçısı Nurdaulet Kilybay təqdim edib.

Qazaxıstan Xalqı Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.

Bir müddət əvvəl Tağı Tağıyev Qazaxıstan Xalq Assambleyasının “Səxavətli Ruh” (“Jomart Jan”) döş nişanı ilə də təltif edilib.

Qeyd edək ki, Tağı Tağıyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi aktyor Zirəddin Tağıyevin oğludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol