Menu

Ötən gün vətəndaşların kartların ümumilikdə 27 min manatdan çox pul oğurlanıb

02.05.2025, 10:08
Ötən gün vətəndaşların kartların ümumilikdə 27 min manatdan çox pul oğurlanıb

Ötən gün vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bunu Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 1-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13697, 7000, 2800, 2400, 723, 349, 220, 150, 104 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Şərhlər

Bank əməkdaşıi 2025-05-02 14:06:12

Bu kartlaran oğurluğun bu həddə çatmağəməı bu məələdə bankda əmanətlərə çıxışı olan bank əməkdaşlarının iştirakı təkzibolunmazdır.Bu banklarda ciddi araşdırmaların vacibliyinə dəlalt edir.Eyni zamanda bu oğurluqların baş verii bankları da açıqlamaq vacibdir ki,inanlar öz əmanətlərinə nəzarət etmək imkanı olcun .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol