Menu

Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu olub

02.05.2025, 22:16
Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionu olub

Futbol üzrə İran çempionatında çempionun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, Təbriz təmilçisi “Traktor” ilk dəfə İran çempionatının qalibi olub.

XXVIII tur çərçivəsində "Şəms Azər"lə qarşılaşan komanda rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb.

Bu qələbə nəticəsində xallarının sayını 64-ə çatdıran "qırmızı qurdlar" ən yaxın izləyicisi "Sepahan"ı 8 xal qabaqlayaraq sona 2 tur qalmış çempionluqlarını rəsmiləşdiriblər.

Şərhlər

Türk Turan 2025-05-03 12:01:28

Təbrik edirik!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol