Menu

"Zelenskinin mayın 9-da atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir" - Zaxarova

03.05.2025, 16:46
"Zelenskinin mayın 9-da atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir" - Zaxarova

Zelenskinin mayın 9-da atəşkəs əleyhinə bəyanatları beynəlxalq miqyasda təhdiddir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib

Onun sözlərinə görə, Zelenski Qələbə Günündə Moskvaya səfəri planlaşdıran xarici dövlət başçılarının təhlükəsizliyini faktiki olaraq təhdid edir. Bundan əlavə, Zaxarova vurğulayıb ki, həmin gün paradda və anım tədbirlərində iştirak edən veteranlar da risk altında ola bilər.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Kiyevdən bayram günlərində vəziyyətin gərginləşməsini azaltmaq üçün yekun addımlar atacağını gözlədiyini söyləyib.

O qeyd edib ki, Rusiyanın təklif etdiyi atəşkəsin məqsədi Kiyevin sülh yolu ilə nizamlanmaya hazır olduğunu yoxlamaq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol