Menu

"Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm" - "O Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”

05.05.2025, 20:34
"Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm" - "O Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını çox yaxşı və məhsuldar adlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İndicə Türkiyə Prezidenti Ərdoğanla bir çox mövzuda, o cümlədən Rusiya və Ukrayna arasındakı müharibə, Suriya, Qəzza ilə bağlı hər şey haqqında, eləcə də bir çox digər mövzularda çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp bildirib.

Amerika lideri Ərdoğandan Türkiyəyə səfər dəvəti aldığını da təsdiqləyib. 

“Eynilə o da Vaşinqtona, Kolumbiya dairəsinə gələcək”, - Tramp yazıb.

“Rusiya və Ukrayna arasındakı mənasız, lakin ölümcül müharibəyə son qoymaq üzrə Ərdoğanla işləməyi səbirsizliklə gözləyirəm – elə İNDİ!”, - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol