Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması haqda xəbər günlərdir ölkə gündəminin müzakirə mövzularından birinə çevrilib.
“AzPolitika” xəbər verir ki, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında məsələyə sərt reaksiya verib.
“Bildiyim qədəri ilə həmin qadının 38 yaşı var. Bu yaşda bir insan artıq kifayət qədər həyat təcrübəsinə malik olur və hüquqlarını bilməməsi inandırıcı görünmür. Xüsusilə də uzun müddət ABŞ-də yaşayan, orada ailə quran bir qadının hüquqi mühitdən xəbərsiz olması real deyil. Əgər doğrudan da əri tərəfindən mütəmadi olaraq fiziki zorakılığa məruz qalıbsa, yaşadığı ölkədə - ABŞ-də hüquq-mühafizə orqanlarına, polisə və ya qadın hüquqları ilə məşğul olan təşkilatlara müraciət edə bilərdi.
ABŞ-də belə hallara qarşı çox sərt qanunlar var. Ər arvadını döyərsə, ən azı 5 il müddətə həbs cəzası ilə üzləşə bilər. Orada ailədaxili zorakılıq məsələlərinə çox həssas və ciddi yanaşılır, qısa müddətdə məhkəmə qərarları çıxarılır, zərərçəkənin təhlükəsizliyi təmin olunur. Ola bilər ki, qadın qorxub, təhdid edilib, ya da ailəsinin gələcəyinə görə narahat olub. Bu səbəbdən də çıxış yolunu Bakıya dönməkdə görüb” - deyə, i Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, əgər qadın onların təşkilatına müraciət edərsə, ona bütün imkanlar daxilində dəstək göstərməyə hazırdırlar: “Sadəcə, bu məsələdə məni ən çox sarsıdan məqam odur ki, Məzahir Pənahovu cəmiyyət içində ciddi, ailə dəyərlərinə sadiq, yüksək əxlaqi mövqeyi olan bir insan kimi tanımışam və ona həqiqətən böyük hörmət bəsləmişəm. Amma görünən odur ki, çox tərbiyəsiz bir oğul böyüdüb. Oğlu bu davranışı ilə təkcə öz atasını deyil, Azərbaycanı və özünü biabır edib.
Bütün bunların kökündə isə çox vaxt “məhdudiyyətsiz imkanlar” dayanır. Çoxlu pul, güc və toxunulmazlıq hissi insanlarda nəzarətsizlik yarada bilər. Halbuki mən tanıyıram ki, oliqarx övladları arasında çox tərbiyəli, savadlı, davranışlarına diqqət edən insanlar da var. Hər şey ailə tərbiyəsindən və valideyn nəzarətindən asılıdır. Bəziləri deyə bilər ki, ata oğulun, oğul da atanın əməllərinə görə cavabdeh deyil. Evdə saxladığı it birini dişləyərsə, hüquqi cəhətdən onun sahibi məsuliyyət daşıyır. Əgər evində böyütdüyün övlad cəmiyyət üçün təhlükəli davranış sərgiləyirsə, deməli, burada valideyn məsuliyyəti də gündəmə gəlir. Düzgün tərbiyə verilməli idi”.

Şərhlər
harın böyüdülmüş övlad belə olar. belə adamların sonu heç də yaxşı olmur.
Milyonların mənbəyi araşdırılmalıdı, Məzahirin oğlu, pulu zəhmətnən qazansaydı, elə qələtlər eləməzdi. Bir sözlə, milyonlara görə Məzahir, qoçuluğa görə oğlu həbs olunmalıdılar. Yazığ qadının az qala gözünü çıxardıb...
Çəfəroğlu yazısının son üç cümləsi ilə oliqarx ata-balanın ikisinin də portretini çox gözəl cızıb və bir çərçivəyə salıb.
Pənahovun özü hancı tərbiyənin adamıdır ki? Poddelni adamın oğlu necə olmalıdır? Məzahirin MCK-da topldığı rüşvətlə oğlunu Amerikada yerləşdirib.Onların tərbiyəcinin vəziyyəti işlərinən bəllidir.və bunui hamı görür və bilir.Maraqlıdır,oğlunu Amerikada yerləşdirməkdə fikri nə olub?Azərbaycan onlara dar gəlib?
Hörmətli hüquq müdafiəçisi Novella Cəfəroğlu, onun oğlunun tərbiyəli və ya tərbiyəsizliyini qoyuram kənara, cavab versin görək bu milyonlar onda hardandı???...Nazirin, böyük bir təşkilatın rəhbərinin milyonları "qapazlaması" başa düşülür ki, oradan milyonlar gəlib keçir və o da onlardan müəyyən qədər əldə edir. MSK-dan isə milyonlar gəlib keçmir, ola bilər mən səhvəm, necə deyərlər, "Gülər Əhmədova" olayları...
Haqqı tapdalayıb, haqsıza haqq qazandıran ailənin övladı elə olmalıdır !
Özünün tərbiyəsi var ki uşaq da tərbiyə etsin. Tərbiyəsi olsa bu boyda millətin səsini oğurlamaz