Menu

Rusiya məhkəməsi Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib

06.05.2025, 17:16
Rusiya məhkəməsi  Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib

Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol