Menu

"Simonyanın “hibrid müharibə” ilə bağlı açıqlamaları çaşqınlığa səbəb olan aqressiv ifadələrdir" - Zaxarova

06.05.2025, 19:54
"Simonyanın “hibrid müharibə” ilə bağlı açıqlamaları çaşqınlığa səbəb olan aqressiv ifadələrdir" - Zaxarova

Ermənistan parlamentinin sədri Alen Simonyanın səsləndirdiyi, Moskvanın “hibrid müharibə” ilə ittiham edilməsi çaşqınlıq yaradan aqressiv ifadələrin növbəti mərhələsidir.

“Report” xəbər verir ki, bunu “News.ru” jurnalistinin müvafiq sualına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Burada keçirilən tədbirlərdə Ermənistan rəhbərliyi iştirak edəcəksə, hansı hibrid müharibədən danışmaq olar? Rusiya Federasiyası ilə Ermənistan ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyinin xətti ilə müntəzəm kontaktlar qurur. Biz ancaq qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan danışırıq... Orada mənə elə gəlir ki, sizin qeyd etdiyiniz Ermənistan parlamenti sədrinin mövqeyi isə buna uyğun gəlmir. Düzü, təsəvvür edə bilmirəm ki, o, istər kiminsə təhriki ilə, istərsə də öz fikri ilə belə fikirlər səsləndirsin. Kimsə fakt göstərə bilsə də, bu, artıq mümkün deyil. Məncə, bu, Qərbin metodlarının sanki yenidən işlənməsidir”, - Zaxarova qeyd edib.

Qeyd edək ki, mayın 5-də Simonyan Ermənistanda daxili siyasi vəziyyəti dəyərləndirərkən ölkəsinə qarşı xaricdən külli miqdarda vəsaitin xərcləndiyi “hibrid müharibə”nin aparıldığını bəyan edib. O, faktiki olaraq bunda Ermənistanda “hakimiyyəti dəyişdirməyə çalışan” Rusiyanı günahlandırıb. Simonyan bu barədə Rusiya səfiri Sergey Kopırkini qəbul edəndən dərhal sonra açıqlama verib.

Şərhlər

ƏNHU 2025-05-07 01:49:54

İki il bundan əvvəl Simonyan Mariyanı "kakoy ni bud" katibə adlandırmışdı.O vaxtdan aralarında atışma başlayıb.Maruya o sözü heç cür həzm edə bilmir. Simonyan da iki gündən bir mesaj atıb eyni sözü xatırladır. Ha ha ha. Qırın bir-birinizi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol