"Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Biz hazırda postsovet ölkələri ilə müqayisədə xeyli irəlidəyik".
"AzPolitika" "Oxu.az"-a istinadla xəbər verir ki, bunu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
"Bu inkişaf ölkənin bütün istiqamətlərində davam edir. İşğaldan azad olunan ərazilərdə işlər sürətlə aparılır. Ora ilə yanaşı, paytaxtda və digər regionlarda inkişaf, islahatlar aparılır. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir. Biz bu gün özümüzü Fransa ilə də müqayisə edə bilərik. L Balaca ölkə olsaq da, bizim sözümüz keçir", - deyə o, bildirib.
"AzPolitika.info"


Şərhlər
Eldar müəllim danişdiqlarina özü inanir görəsən?
Adə, bu harada yaşayır? Əzizov bu dünyanın adamı deyil.Göylərdədir xəyalı.
Ozu ve etrafını nezerde tutur.xalqı coxdan defterden aılıbler.bız olkeye aıd deyılık
özü etiraf edir. bunu mən demədim ki.
"Yaşayış səviyyəmiz yüksəkdir" dedikdə müəllim yəqin mənsub olduğu kastanı nəzərdə tutur... Tamamilə haqlıdır