2025-ci ilin may ayında Bakı–Minsk marşrutu üzrə birbaşa uçuşların qiymətində kəskin artım müşahidə olunub. Aprel ayında Belarusun paytaxtına uçuşların orta qiyməti 344 manat olduğu halda, mayda bu rəqəm 809 manata qədər yüksəlib. Məsələn, 27 may tarixi üçün bilet qiyməti 809 manat təşkil edir. Digər günlərdə isə qiymətlər 400–600 manat arasında dəyişir.
İyun, iyul və avqust aylarında isə biletlərin qiymətləri daha yüksəkdir. Məsələn, 24 iyun üçün biletin qiyməti 1077 manatdır. Həmin aylarda Minskə 550 manatdan aşağı qiymətə bilet tapmaq demək olar ki, mümkün deyil.
Qiymət artımı ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova “AzPolitika”ya bildirib ki, Bakı–Minsk marşrutu üzrə aviabiletlərin qiymət siyasəti yalnız müvafiq aviaşirkət, yəni, Belarusa aid "Belavia" tərəfindən müəyyən olunur: “Bakı–Minsk istiqaməti üzrə aviabiletlərin qiymət siyasəti birbaşa aviaşirkət tərəfindən müəyyən edilir. Hava limanı olaraq biz yalnız hava hərəkəti və sərnişin xidmətlərinin təmininə cavabdehik və tarif siyasətinə müdaxilə etmirik.”
Nərmin Xəlilova əlavə edib ki, yay aylarında beynəlxalq istiqamətlər üzrə biletlərə tələbatın artması dinamik qiymət formalaşmasına təsir edir: “Qiymət artımı əsasən mövsümi yüklənmə, reyslərin doluluq səviyyəsi və kommersiya strategiyaları ilə bağlı olur”.
Qeyd edək ki, Bakıdan Minskə birbaşa uçuşları yalnız “Belavia Belarusian Airlines” şirkəti həyata keçirir.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər
azal gəlir qazanmaq üçün istədiyi hər şeyi edir. çünkü rəqabət yoxdur bu bazarda
Sedarek reylom