Menu

“Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın" - Nazir

10.05.2025, 14:09
“Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın" - Nazir

Azərbaycan Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırır.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfinin bu mövzuda mövqeyi beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bu son gərginliyin başlanma səbəbi var. Bu səbəb də onunla bağlıdır ki, Pakistan ərazisinə zərbələr endirilməyə başlanılıb. Biz bunu pislədik, qəbuledilməzliyini bəyan etdik. Eyni zamanda biz hər iki tərəfi məsələni siyasi-diplomatik səviyyədə həll etməyə çağırmışıq. Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın. Hesab edirəm ki, bizim yanaşmamız çox məntiqlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol