Menu

Ermənistan Baş Prokurorluğu Koçaryan və ailəsinin əmlakının müsadirəsini tələb edir

12.05.2025, 14:28
Ermənistan Baş Prokurorluğu Koçaryan və ailəsinin əmlakının müsadirəsini tələb edir

Ermənistan Baş Prokurorluğu Robert Koçaryan və onun ailəsinin daşınar və daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsini tələb edib.

APA xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə jurnalistlərin sualına cavabında bildirib.

“Koçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”, - o qeyd edib.

Şərhlər

Kolxoz Hesabdari 2025-05-12 15:50:12

Baş Prokurorun sadaladığı Əmlak və Maliyyə kapitalının ümumi Məbləği elə həmin erməni-daşnaq Avropa Prezidentinin Rusiyanın neft hasilatına pay-kapitalından daha az olmalıdır? Kreditə (ya müftə?) silah alan İrəvan Prezidentin həmin pay məbləğini mənbəyi haradanmış və özəl *hesabat*lar necə aparılırmış dəyərli Beynəlxalq Münasibətlər mütəxəssis və hüquqşünasları?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol