Menu

Almaniyadan Putinə açıq xəbərdarlıq – “12 saat ərzində atəşkəs əldə olunmasa...”

12.05.2025, 21:04
Almaniyadan Putinə açıq xəbərdarlıq – “12 saat ərzində atəşkəs əldə olunmasa...”

“Moskva günün sonuna qədər atəşkəslə razılaşmasa, Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasına başlayacaq”.

“AzPolitika” xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius açıqlama verib.

“Vaxt daralır. Günün sonuna qədər hələ 12 saatımız var. Bu müddət ərzində atəşkəs əldə olunmasa, Avropa tərəfi yeni sanksiyalara hazırlaşacaq”, – Kornelius bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 15-də Türkiyədə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib. O bildirib ki, bu görüş yalnız Moskvanın uzunmüddətli və qeyd-şərtsiz atəşkəslə razılaşacağı təqdirdə mümkündür.

“Sabahdan etibarən atəşkəs gözləyirik. Bu, masadakı təklifdir. Tam və qeyd-şərtsiz atəşkəs diplomatik danışıqlar və uzunmüddətli sülh üçün zəmin yaradacaq. Ukrayna və onun tərəfdaşları bunu uzun müddətdir təklif edir. Dünya ictimaiyyəti Rusiyadan dəqiq cavab gözləyir”, – deyə Zelenski dünən axşam bildirib.

AzPolitika.info

Şərhlər

Cəmşid Dərələyəzli 2025-05-12 17:46:45

Geda bu Avropalılar bu boş boş Tehdidleri ilə, əslində Rusytanın yox, Ukraynanın axırına çıxırlar. 3 ildən artıqdır səsləndirilən bu fikirlərə artıq düyanın da qarnı tox

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol