Menu

Dünən bank kartlarından 9 min manat oğurlanıb

13.05.2025, 10:13
Dünən bank kartlarından 9 min manat oğurlanıb

"Telefonla bank məlumatlarınızla bağlı sualları cavablandırmayın, təhlükə var".

Bu barədə DİN-dən bildirilib.

"Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 12-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3500, 2000, 1457, 1000, 320, 180, 150, 93, 93, 39 manat və 31 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", məlumatda deyilir.

Şərhlər

V 2025-05-13 10:32:05

Bu oğurluqların baş verməinə bank bir başa məuliyyət daşımalı,qarşıının alınmaı üçün müvafiq addımlar atmalıdır.Vətəndaşın vəaitinin qorunmaına bank məuliyyət daşımalıdır.Əgər məuliyyət daşmra kart aradan qaldırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol