Menu

Saleh Səmədov vəzifəsindən azad edildi - VİDEO

13.05.2025, 20:31
Saleh Səmədov vəzifəsindən azad edildi - VİDEO

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.

Ağsaqqallar Şurasının İdarə Heyətindən verilən məlumata görə, iclasda İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.

İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib.

Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü Misir Mərdanov açıqlama verərək, Saleh Səmədovun hərəkətini separatçı və Azərbaycanın bugünkü siyasətinə uyğun gəlməyən bir hərəkət kimi qiymətləndirib. 


Şərhlər

tur 2025-05-14 13:42:33

Görün ölkədə nə qədər satqın var imiş..belələrindən hər nə desən gözləmək olar..

rrr 2025-05-14 04:38:28

sabunsuz danıshır dash bashuva

ƏNHU 2025-05-14 01:27:18

Adam separatçıdır.... Nə qədər ki, ölkədən qaçmayıb barəsində ciayət işi qaldırılıb həbs edilməlidr. Bundan hər şey gözləmək olar.

Eli 2025-05-13 21:59:34

Kül senin ağsaqqal başıba..."ağsaqqala" bax da... bu ağsaqqal yox nadanın biridur.

Senan 2025-05-13 18:17:30

Bu ağsaqqal yox ... ki!....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol