Menu

"Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək" - ABŞ-nin xüsusi elçisi

13.05.2025, 20:48
"Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək" - ABŞ-nin xüsusi elçisi

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin də Türkiyəyə gələcəyi təqdirdə, mayın 15-nə planlaşdırılan Rusiya-Ukrayna danışıqlarına qatılmaq üçün İstanbula gedə bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Ümid edirik ki, Prezident Putin orada olacaq. Elə olsa, Prezident Tramp da gələcək. Bu, heyrətamiz görüş olardı”, - o deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol