Menu

"PKK-nın digər qolları da silahı yerə qoymalıdır" - Ərdoğandan çağırış

14.05.2025, 15:45
"PKK-nın digər qolları da silahı yerə qoymalıdır" - Ərdoğandan çağırış

“PKK-nın xaricdəki qollarının da silahı yerə qoyma prosesinə qoşulması həyati əhəmiyyət daşıyır. Avropa Birliyindəki lobbiləri isə Türkiyə əleyhinə fəaliyyətlər əvəzinə ölkəmizin yanında görmək istəyirik”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) partiyasının qrup toplantısında çıxış edərkən deyib.

Ərdoğan bildirib ki, bölücü təşkilatın özünü buraxdığını və silahları təhvil verdiyini açıqlaması ilə Türkiyədə terrorun aradan qaldırılması üçün aparılan səylərdə yeni mərhələyə qədəm qoyulub.

“Terror təşkilatı bu qərarı ilə xalqımızla əldə etdiyimiz razılaşmaya uyğun addım atmışdır. Təşkilatın xaricdəki qollarının da silah qoyma prosesinə qatılması həyati əhəmiyyətə malikdir", - deyə Ərdoğan qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol