Xəbər verdiyimiz kimi, İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad olunub. Onun tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi Saleh Səmədova baha başa gəlib.
"AzPolitika"-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, S.Səmədovun vəzifəsindən azad edilməsindən sonra İmişli Rayon Ağsaqqallar Şurasının sədrlik müvəqqəti olaraq sədrin birinci müavini Vahid Tağıyevə həvalə olunub.
Ancaq maraqlıdır ki, Vahid Tağıyev də Saleh Səmədovdan geri qalmır. Belə ki, Vahid Tağıyev də qalmaqala səbəb olan tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatılıb.
Qeyd edək ki, S.Səmədovun atdığı addım Azərbaycan Ağsaqqallar Şurasının Nizamnaməsinin tələblərinin pozulması kimi qiymətləndirilmişdi. Qurumun bu dəfə Vahid Tağıyevin sinəsindəki “Georgi lenti”nə necə reaksiya verəcəyi maraqla gözlənilir.


Şərhlər
Vahid Tağıyevin barəsində də ciddi tədbir görülməlidir!
Belə haqq-hesab heç Molla Nəsrəddinin də başına gəlməyib. Deməli, ikinci sədr də zay çıxdı. Ağsaqqal belə olursa belə ağsaqqalı dünəndən ölsün. Onsuz da İndiyə qədər bu ağsaqqallılar şurasının bir yaralı barmağa "pəşo etdiyini" görən olmayıb. Belədə bu əbləhlər bizim nəyimizə lazımdır? Bütün ölkədə bunların fəaliyyətinə son qoyulmalıdır. VALLAHİ-BİLLAHİ havayı xərcdir otuirublar millətin boynunda.Bu gün İmişlidə "Rus evi" qurublar sabah bütün ölkədə quracaqlar.
Vallahi mən əminəm ki, bu "georgi lenti" ni döşlərində taxanlar heç bu lentin mahiyyətinin nə olduğundan əsla xəbərləri yoxdur. Çox güman düşünüblər ki, başqa rayonlardan fərqli, qeyri-adi nəsə edirlər və qanmazlıqlarından özlərini .oxa salıblar. Amma rayonda İcra hakimiyyəti var və onlar bütün tədbirlərə nəzarət edir və bundan mütləq xəbərləri olub. Ancaq görünür onlar bunlardan da debil imişlər. Xüsusən icra başçısı.... Və deputatlar...