İstanbul danışıqlarında iştirak edəcək Rusiyanın nümayəndə heyətinin tərkibi məlum olub.
“Report” xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Şərhlər