2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 1026.3 kq qızıl, 1372 kq isə gümüş istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71.2%, gümüş istehsalı isə 21.9% artıb.
Qeyd edək ki, 2025-ci il may ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 64.5 kq və 571.9 kq təşkil edib.


Şərhlər
Bəs bu 1000 kioqram qızıldan büdcəyə nə qədər vəsait daxil olub?Çünki bu məlumat daha maraqlıdırOlmazdımı ki.məlumatı bu cür verydiniz:4 ayda Azərbaycanda 1000kq.qızıl istehsal edilib və satışdan filan qədər büdcəyə vəsait daxil olub.Bu mənalı olardı.