Menu

Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncam verib

15.05.2025, 17:18
Mərkəzi Bank “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncam verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Sənaye Bankı” və “Bank Avrasiya” ASC-lərə icrası məcburi sərəncam verib.

Məlumata görə, “Banklarda korporativ idarəetmə Standartları”nın 4.8-ci bəndinin tələbinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Bank Avrasiya” ASC və “Azərbaycan Sənaye Bankı” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol