Məlum olduğu kimi, Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir.
“AzPolitika”nın məlumatına görə, tədbir çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü görüşü:
Sözügedən tədbirdə tərəflər arasında maraqlı dialoq da yaşanıb. Belə ki, Paşinyan Azərbaycan Prezidentini kofe içməyə dəvət edib. Prezident İlham Əliyev isə indi söhbət etdiyini, daha sonra yaxınlaşacağını bildirib.

Şərhlər
İnşallah bu təbəssümlü təmasların sonu, bölgəmizə sülh və əmin amanlıq gətirər. Bu gün ermənilər nəhayyət də anlamalıdırlar ki, boş xəyallara qapılıb son 37 ildə etdikləri yanlışlıqların bedeli həm bizlər üçün, həm də onlar üçün çox ağır oldu. Ona görə də ermənilərin bütün bu gerçəkləri görüb də, onları bir müddət (ona görə bir müddət ki, tarixən bu millətə güvənənlərin ümidlərini onlar boşa çıxarıblar, məhz bu səbəbdən də onların gələcəyi yoxdur və olmayacaq da) yox olmaqdan xilas etmək yolunda çabalayan Paşinyanın yanında olmaları onların xeyirinə olardı.