Menu

“Bir damla ilə heç kimi həyəcanlandıra bilməzsiniz” – BƏƏ-nin hədiyyəsi Trampı məmnun etmədi

16.05.2025, 14:26
“Bir damla ilə heç kimi həyəcanlandıra bilməzsiniz” – BƏƏ-nin hədiyyəsi Trampı məmnun etmədi

BƏƏ-də enerji sahəsində ABŞ ilə ortaq əməkdaşlıq üçün bir razılaşma imzalanıb.

“AzPolitika” xəbər verir ki, anlaşma mərasimi zamanı Trampa dünyanın ən yüksək keyfiyyətli nefti hesab edilən neftdən simvolik olaraq bir damla hədiyyə olunub.

Təqdimatdan sonra jurnalistlərə açıqlama verən Trump, hədiyyə ilə bağlı tənqidi fikir bildirib:“Bu planetdəki ən keyfiyyətli neftdən söhbət gedir və mənə sadəcə bir damla verdilər. Bu səbəbdən həyəcanlanmıram. Bir damla ilə heç kimi həyəcanlandıra bilməzsiniz”.

Trumpın bu çıxışı media və ictimaiyyət arasında geniş maraqla qarşılanıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol