Menu

Cahangir Əsgərov bu bankın əsas səhmdarı oldu

16.05.2025, 21:04
Cahangir Əsgərov  bu bankın əsas səhmdarı oldu

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub.

Bankdan verilən məlumata görə, 17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb.

Qeyd edək ki, Zərifə Həmzəyeva bankın nizamnamə kapitalında 84,5 % paya malik olub.

Səhmlərin 15,2 %-nə “VIP Aviation Services” MMC, 0,3 %-nə isə Elvira Əhmədova nəzarət edib.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

2024-cü ilin yekununda onun nizamnamə kapitalı 154,6 milyon manat təşkil edib. Bu ilin aprel ayında isə bank nizamnamə kapitalını 20 milyon manat və yaxud yaxud 12,9 % artıraraq 174,6 milyon manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.

Qeyd edək ki, C.Əsgərov 1996-cı ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. 2008-ci ildən isə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunub. 2023-cü ilin sentyabrında isə vəzifəsindən azad olunub. 

"AzPolitika.info"

Şərhlər

Oxucu 2025-05-16 17:52:32

Halal pullarıdır, bankı olmasa təəcüblü olardı, aşagılanardı ki fərsiz olub. Azərbaycan reallığına uyğun-qoçaq, fərasətli, samalyotdan pul çıxaran ağsaqqalımızdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol