Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qeyd olunub ki, mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib:
"Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır".


Şərhlər
Hər gün verilən bu məlumatları oxuyanda adamın matı-qutu quruyur. Azərbaycanın Dövlət təhlükəsizliyi xiudməti, Daxili işlər orqanları və daha sadalamadığım inzibati orqanlar nə işlə məşğuldurlar? Bir qrup Şərəfsizin əlindəmi qalıb ölkəmiz. Hər cür alçaqlıqla vətəndaşlardan pul qoparan bu YARATIQLAR ƏN CİDDİ şəkildə müəyyən edilib cəzalandırılmalıdır.