Menu

Azərbaycanda taksi istifadəçilərinin sayı cüzi azalıb

17.05.2025, 15:10
Azərbaycanda taksi istifadəçilərinin sayı cüzi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda minik taksiləri ilə 25 514 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 0,1% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə ölkədə minik taksiləri ilə 25 539,5 min sərnişin daşınıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 582 100,8 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,6% artım deməkdir.

Şərhlər

Bəkir Saraylı 2025-05-17 20:13:41

Cənab Merin hesabılə tarixən dar Baküde 3,5 milyon vətəndaş bulunur. Geniş dünya *göydələnləri* ilə bazlaşma tək mərkəzi yox, artıq Abşeronu dənizə *tıxamaq*dadır? İşləyənlər bir-birilərinin avtomobilindən istifadə edirlər. Bakıda 500 min işlək avtomobil ehtimalı üzrə azı 200-300 min də ehtiyat-ehtiyac taksi gərək? Qiymətlərin hədsiz artması, *taksi*yə tələblər və iş yerlərinin azalması ona ehtiyacı YOX etməkdədir. Xır dalanlılar sıx evlərini kütləvi satmaq cəhdindədirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol