Menu

Baydenə “aqressiv” prostat xərçəngi xəstəliyi diaqnozu qoyulub

19.05.2025, 00:38
Baydenə “aqressiv” prostat xərçəngi xəstəliyi diaqnozu qoyulub

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub və şiş sümüklərinə yayılıb.

“Report” bu barədə CNN-ə istinadən xəbər verir.

Məlumata görə, diaqnoz cümə günü həkimlər onun prostat vəzində əlavə müayinə tələb edən kiçik şiş aşkarlandıqdan sonra qoyulub.

"Xəstəliyin daha aqressiv forması olsa da, xərçəng hormonal terapiyaya həssasdır və effektiv müalicə edilir", - Baydenin nümayəndələri əlavə edib.

Sabiq prezident və ailəsi hazırda müalicə variantlarını nəzərdən keçirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol