Menu

Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər AÇIQLANDI

19.05.2025, 20:46
Cahangir Əsgərov "Premium Bank"dan nə qədər qazanır? - Rəqəmlər AÇIQLANDI

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun "Premium Bank"dan qazancı məlum olub.

"AzPolitika"  "Valyuta.az"-a istinadən xəbər verir ki, 17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdarı Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri həyat yoldaşı Cahangir Əsgərova ötürülüb. Zərifə Həmzəyeva bankda 84,5 % paya malik olub.

Bank 2024-cü il üzrə 7 milyon 56 min manat məbləğində dividend elan edib. Bu isə əvvəlki ilə nisbətən 30% azdır. Belə ki, bank 2023-cü il üzrə səhmdarlarına 10 milyon 120 min manat dividend ödəyib.

Bu isə o deməkdir ki, bankın ödədiyi dividenddən Cahangir Hacıyevə çatan məbləğ 5 milyon 962 min manat təşkil edib.

Səhmlərin 15,2 %-i "VIP Aviation Services" MMC-yə aid olduğu üçün 1 milyon 72,5 min manat dividend şirkətə ödənilib. 21,5 min manat dividend isə 0,3 %-lik payçı Elvira Əhmədovaya ödənilib.

Şərhlər

sadiq 2025-05-20 14:01:36

bu adam ömrü boyu dövlət vəzifələrində işləyib və rəhmətlik xanımı da evdar qadın olub. bu adamlarda bu qədər vəsait haradandır ? gürcüstanda da böyük mülkləri var

Roma 2025-05-20 09:01:35

Bu insan uzun illər AZAL-a rəhbərlik elədi və onun dövründə heç deməzdin ki, AZAL Azərbaycanın aviasiyasıdır, özüdə düz əməlli azəricə danışa bilmir. Rəqs eləyirdi, onu telefona çəkənə orta barmağını göstərmişdi, yəni bu əxlaqın yiyəsidi...Ancağ bütün bunlarla yanaşı milyonerdi, varının sərvətinin həddi hüdudu yoxdur...

Türk oğlu 2025-05-19 15:32:21

Bunun milliyyəti kimdir. Bizim millətə nə qədər nifrəti var imişsə işdə Azərbaycan türklərinə türkcə danışmağı qadağan edibmiş. İşə də əsasən qeyri- azəri Azərbaycan türklərini götürürmüş jurnalistlər xəbər tutana qədər

Watchman 2025-05-19 14:29:15

Cahangir Hacıyev kimdir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol