Co Bayden prostat xərçənginin dördüncü mərhələsindədir və xəstəliyi sümüklərə metastaz verib.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi Ronni Cekson deyib.

“Bu mənim birbaşa ixtisasım deyil, amma danışdığım uroloqların çoxuna görə Baydenin 12-18 ay ömrü qala bilər. Ümid edirəm daha uzun yaşayar, lakin xəstəlik çox irəliləmiş görünür”, -deyə o, bildirib.

Cekson həmçinin qeyd edib ki, bu məlumatlar birbaşa tibbi qeydlərə əsaslanmasa da, ekspertlərlə söhbətlərdən əldə olunub və vəziyyətin ciddi olduğu açıq şəkildə hiss olunur.

Bu açıqlamalar Baydenin sağlamlığı ilə bağlı yeni suallar doğurub və ABŞ-da siyasi çevrələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, Ronni Cekson daha əvvəl həm Barak Obama, həm də Donald Tramp dövründə Ağ Ev həkimi vəzifəsində çalışıb. Hazırda isə ABŞ Nümayəndələr Palatasının üzvüdür.

“AzPolitika.info”