Ötən günlərdə Şimali Koreyanıın Çoncin limanında keçirilən təntənəli mərasim zamanı “Choe Hyon” adlı 5000 tonluq döyüş gəmisi suya endirilərkən qəzaya uğrayıb.
Belə ki, gəminin arxa hissəsi vaxtından əvvəl suya düşüb, gövdəsi əzilib və gəmi aşaraq yararsız vəziyyətə düşüb.
Şimali Koreya lideri Kim Çen In ölkəsinin indiyədək inşa etdiyi ən böyük hərbi gəminin suya endirilməsi zamanı baş verən qəza səbəbilə ciddi narazılığını ifadə edib.
Lider hadisəni “bağışlanmaz cinayət” adlandıraraq məsul şəxslərin cəzalandırılacağını bildirib.
“Bu qəza tam səhlənkarlıqla baş verib və ölkəmizin prestijinə ağır zərbə vurub. Bu, əsla bağışlana bilməz”, - deyə Kim bildirib.
Şimali Koreya dövlət televiziyası qəza zamanı heç bir insan itkisi olmadığını açıqlasa da, gəminin aldığı ziyanın miqyası barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, yeni destroyer olan “Choe Hyon” 5000 ton çəkiyə malikdir və ölkənin mövcud ən böyük hərbi gəmisindən – 1360 tonluq freqatdan dəfələrlə böyükdür. Hərbi analitiklər bu gəmini Şimali Koreyanın dəniz qüvvələrinin simvolu və beynəlxalq güc nümayişinin bir hissəsi kimi qiymətləndirirdi.
“AzPolitika.info”


Şərhlər