Menu

Qəzzada məktəbə zərbə nəticəsində 20 nəfər həlak olub

26.05.2025, 08:33
Qəzzada məktəbə zərbə nəticəsində 20 nəfər həlak olub

İsrailin Qəzzada yerləşən məktəb binasına endirdiyi zərbəsi nəticəsində azı 20 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Həlak olanların əksəriyyəti həmin binada müvəqqəti sığınacaq tapan köçkünlər olub.

Hücum nəticəsində onlarla insan da yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol