Menu

Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlər qaldırıldı

26.05.2025, 16:25
Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətlər qaldırıldı

Almaniya, ABŞ, Fransa və Böyük Britaniya Ukraynaya silah tədarükünə qoyulan məhdudiyyətləri qaldırıb.

APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.

Onun sözlərinə görə, Berlin və onun müttəfiqləri tərəfindən Kiyevə verilən silahların çeşidinə artıq heç bir məhdudiyyət yoxdur: "Artıq Ukraynaya verilən silahların çeşidinə heç bir məhdudiyyət yoxdur - nə ingilislər, nə fransızlar, nə də biz. Amerika tərəfində də heç bir məhdudiyyət yoxdur".

Merz deyib ki, Berlin artıq Ukraynaya verilən uzaqmənzilli silahları məhdudlaşdırmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol