Menu

Bakının Xəzər rayonunun bir hissəsində qaz kəsiləcək

28.05.2025, 14:29
Bakının Xəzər rayonunun bir hissəsində qaz kəsiləcək

Sabah saat 10:00-dan Bakının Xəzər rayonunun Qala qəsəbəsinin Xaşa-Xuna yaşayış massivində və Türkan qəsəbəsində yaşayan istehlakçıların təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, fasiləyə səbəb Xəzər rayonundakı mövcud qaz xəttində aparılacaq təmir-bərpa işləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol