Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb.
"Azpolitika" QOL.az-a istinadən xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.
Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, oktyabrın 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.
Bundan əlavə, Fəridə Lüftəliyeva oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.
Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.


Şərhlər