Menu

İsrail ordusu Qəzzada son sutkada daha 70 nəfəri qətlə yetirib

30.05.2025, 08:04
İsrail ordusu Qəzzada son sutkada daha 70 nəfəri qətlə yetirib

İşğalçı İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 70 nəfər həlak olub.

"AzPolitika" xəbər verir ki, bu barədə “Al Jazeera“ telekanalı məlumat yayıb.

Məlumata görə, həlak olanların ümumi sayından təxminən 20 nəfəri Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc qaçqın düşərgəsinin bombalanmasının qurbanı olub.

Fələstin Dövlətinin Səhiyyə Xidməti qeyd edir ki, son 24 saat ərzində ən azı 184 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol