“Əhalinin artım tempində ciddi zəifləmə var, bu bizi narahat edir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, boşanmalar da buna öz təsirini göstərir.
Boşanmaların sosial problemlərlə əlaqədar olması ilə bağlı fikirlərə də münasibət bildirən birinci vitse-spiker bununla razılaşmayıb.
“Kifayət qədər yüksək həyat səviyyəsi olan ölkələrdə belə boşanmaların sayı Azərbaycandan qat-qat çoxdur”, - deyə o qeyd edib.


Şərhlər
Qadınlara verilən imtiyazlar əlbəttə boşanmalara gətirib çıxaracaq. Uşaqların fikirləri nəzərə alınmır, hamısii ucdantutma ananın himayəsinə verilir. Hökumət istəsə 1-2 qanunla boşanmaların sayını azaldar. Lakin görünən budur ki, istəmir və əksinə - özü boşanmaların artmasında maraqlıdır.
Əhali acından günorta durur.Yaşaya bilmir.Artım necə olsun?Bunu düşünün.Axı Azərbaycanın xalqını firavan yaşatmaq üçün kifayət qədər resursları .və var və bunu hamı bilir.Sadəcə bir az insanlara da verin ki.həm yaşasın.həm də artım olsun.çÇünki artan vətəndaş da yeməli.geyməli və yaşamalıdır .Belə çıxışlarla özünüzü göstərmək cəhdi mənasızdır.