Menu

İsrailin Qəzzaya hücumu nəticəsində 11 fələstinli həlak olub

31.05.2025, 09:04
İsrailin Qəzzaya hücumu nəticəsində 11 fələstinli həlak olub

İşğalçı İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 11 fələstinli həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qəzzanın şərqindəki Əl-Zəhra məktəbi yaxınlığında İsrailin hücumu nəticəsində 1 fələstinli həlak olub.

Şəhərin cənub-qərbindəki Tel əl-Hava məhəlləsində bir qrup mülki şəxsə təşkil edilən hava hücumunda 2 nəfər həlak olub.

Qəzza zolağının cənubundakı Xan Yunisin əl-Məvasi bölgəsində didərgin düşmüş mülki vətəndaşların yerləşdiyi iki çadıra edilən hücumlarda 3 fələstinli həlak olub.

Xan Yunisin Abasan əl-Kəbirə bölgəsində mülki avtomobilə hücum nəticəsində 2 nəfər həlak olub.

"AzPolitika"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol