Menu

Rusiya Belarusdan hücuma keçə bilər – Zelenski xəbərdarlıq etdi

02.06.2025, 15:23
Rusiya Belarusdan hücuma keçə bilər – Zelenski xəbərdarlıq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsdə keçirilən Buxarest Doqquzluğu (B9) zirvəsində Avropa liderlərinə mühüm xəbərdarlıq edib.

O, Rusiyanın bu yay Belarus ərazisindən yeni bir hücuma başlaya biləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu bildirib.

Zelenski çıxışı zamanı Avropa ölkələrinə müraciət edərək deyib: “Kəşfiyyat xidmətlərinizdən soruşun. Rusiyanın bu yay Belarusda nə planlaşdırdığını öyrənin”.

Zelenskinin bu açıqlamaları Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçə biləcəyi ilə bağlı Qərbdəki narahatlıqları artırıb. Ekspertlərə görə, Belarusun potensial cəbhəyə çevrilməsi həm Ukrayna, həm də NATO ölkələri üçün strateji riskləri daha da böyüdə bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol