Menu

ABŞ Şimal Komandanlığının məsuliyyət zonasına Qrenlandiyanı da daxil edəcək

03.06.2025, 08:58
ABŞ Şimal Komandanlığının məsuliyyət zonasına Qrenlandiyanı da daxil edəcək

ABŞ Müdafiə Nazirliyi Qrenlandiyanı Silahlı Qüvvələrin Şimal Komandanlığının (NORTHCOM) məsuliyyət zonasına daxil etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Qrenlandiya artıq bu həftə Avropa Komandanlığının (EUCOM) nəzarətindən çıxarıla bilər.

Nəşr yazır ki, bu qərar Danimarkanın və NATO-dakı ABŞ müttəfiqlərinin narazılığına səbəb ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol