Menu

"II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır" - Paşinyan

03.06.2025, 11:21
"II Qareginin subaylıq andını pozması məsələsi təcili aydınlaşdırılmalıdır" - Paşinyan

Nikol Paşinyan Katolikos II Qareginin subaylıq andını pozub-pozmadığı sualına dərhal cavab tələb edir.

APA xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Eçmiədzin II Qareginin subaylıq andını pozduğunu və uşağı olub-olmadığını dərhal aydınlaşdırmalıdır.

“Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Paşinyan ötən gün deyib ki, II Qareginin övladı varsa, o, bütün ermənilərin katolikosu ola bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol