Menu

Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib

03.06.2025, 18:42
Naxçıvanda nazir müavini vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Rahid Ələkbərli 2023-cü il oktyabrın 31-də Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol