Amerikalı sahibkar İlon Mask ölkədə yeni siyasi partiyanın yaradılmasının zəruri olduğunu bildirib.
APA xəbər verir ki, Mask bu barədə “X” hesabında yazıb.
Sahibkar iddiasını keçirdiyi sorğuyla əsaslandırıb.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 80,4%-i yeni partiyanın yaradılmasını dəstəkləyib.
Bir sutka ərzində sorğuda 5,6 milyondan çox istifadəçi iştirak edib.
“İnsanlar fikirlərini bildirdilər. Amerikada yeni bir siyasi partiyaya ehtiyac var.” – deyə Mask paylaşımında qeyd edib.

Şərhlər
Tam doğru söyləyir,yoxsa anqlosakslar tərəfindən yaradılmış və idarə olunan bu iki partiya ölkənin uzun müddət inkişafına mane olurbeləki,artıq dünya əvvəlki kimi deyi ABŞ- ları tərəfindən idarə olunsun və yaxud aldadılsın müxtəlif münaqişələrə getsin nəticədə ABŞ- ın gəliri birə min artsın,hər zamanın bir sonu olur,artıq anqlosaksların alınmaz qalasıda bürokrat idarəçilikdən cana gəlib SSSR- nin gününə düşməsin deyə mütləq yeni partiyalar yaranmalı və bupartiyalar İngiltərədən idarə olunmamalıdır.